“la Repubblica” Füzulidən VİDEOREPORTAJ hazırladı
Bizi izləyin

Nida Xəbər

“la Repubblica” Füzulidən VİDEOREPORTAJ hazırladı

İtaliyanın tanınmış “la Repubblica” saytı ermənilərin Füzulidə törətdiyi vəhşiliklər, dağıntılar və qadağan olunmuş silahlardan istifadə etməsi, o cümlədən fosfor mərmisinin partladılması barədə reportaj hazırlayıb.

Trend-in məlumatına görə, məqalə müəllifi ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini diqqətə çatdırıb: “Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında. 30 il öncə 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilib. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir.

Burada hər bir şey dağıdılıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalıb. Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbirsanlığı dağıdılıb.

Füzuli çoxsaylı əsgərlərin canı bahasına bir neçə həftə öncə azad edilib. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcbur köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.

Digər tərəfdə isə onminlərlə erməni atəşkəs haqqında bəyənata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutublar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk ediblər.

Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzəmətini yenidən bərpa edəcəyini və onminlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm