Lamber: "Makronun Qarabağla bağlı "gecikmiş çıxışı" fransız diplomatiyasına uyğundur"
Bizi izləyin

Nida Xəbər

Lamber: "Makronun Qarabağla bağlı "gecikmiş çıxışı" fransız diplomatiyasına uyğundur"

"Nəhayət ki, dövlət başçısının dilindən formal etiraf oldu. Mən bu barədə artıq neçə həftədir deyirdim. Dağlıq Qarabağ həqiqətən Azərbaycanın tərkib hissəsi kimi tanınmış ərazidir. Emmanuel Makronun bu gecikmiş çıxışı fransız diplomatiyasının BMT qətnamələrinə səs verərkən daima tutduğu mövqeyə uyğundur".

Publika.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber (Jérôme Lambert)

O, Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ və ətraf rayonların beynəlxalq hüquqa əsasən Azərbaycan əraziləri olması barədə dediklərini "gecikmiş çıxış" adlandırıb.

Lamber beynəlxalq hüquqa söykənən mövqeyinin nəhayət qəbul edildiyini bildirib:

"Mən bilirdim ki, mənim beynəlxlaq hüquqa söykənən mövqeyim nəhayət ki, qəbul ediləcək. İndi bu ədalətli əsaslar üzərində xalqlar arasında sülhə nail olunmalıdır. Fransa bunun üzərində işləyə bilər. Öz səviyyəmdə mən də həmişə arzuladığım kimi bu yönümdə çalışacağam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm