Azərbaycanın Ukraynadakı səfirliyi bu yazıyla bağlı açıqlama yaydı - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın Ukraynadakı səfirliyi bu yazıyla bağlı açıqlama yaydı - FOTO/VİDEO

13 noyabr tarixində “Ukrayna” telekanalında Savik Şusterin “Azad Söz” verilişində çıxış etmiş səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada oxuculara təqdim edilməsini qəti şəkildə pisləyirik.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, səfir E.Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəqin ki, belədir... Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir... həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq...” fikirlərini söyləyib.

Səfir E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin sosial şəbəkələrində yerləşdirilib (https://www.facebook.com/AzEmbUkraine/videos/1019617831854282). Təkcə facebook səhifəsində bu videonun 100 minə yaxın izləyicisi olub və əsasən də ermənilər tərəfindən həmin videoya nəlayiq sözlərlə şərhlərin verilməsi davam edir.

Onu da qeyd etmək istərdik ki, bu verilişə səfir E.Axundova ilə yanaşı Ermənistanın Ukraynadakı səfiri də dəvət olunub, nəticədə isə erməni səfiri bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina edib.

Əziz oxucularımızın diqqətinə çatdırmaq istərdik ki, səfir E.Axundova Ukraynaya təyinatının ilk günlərindən məhz Türkiyə səfirliyi ilə sıx və isti münasibətlər qurub. Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qurucusu, dahi Atatürkün 10 Noyabr - Anma Günündə Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində təqdim edilməsi Türkiyə səfirliyi və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm