Fransa ilə əlaqələr dayandırılmalı, səfir geri çağırılmalıdır - Parlamentdə MÜZAKİRƏ
Bizi izləyin

Nida Xəbər

Fransa ilə əlaqələr dayandırılmalı, səfir geri çağırılmalıdır - Parlamentdə MÜZAKİRƏ

Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Azay Quliyev deyib.

O, əlavə edib ki, Senatın məlum qətnaməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir: “Təsəvvür edin ki, Fransa Senatı Azərbaycanı beynəlxalq hüquqla tanınan öz ərazisinə hücuma görə ittiham edir... Hesab edirəm ki, Azərbaycanın Fransadakı səfiri geri çağırılmalı, Fransa ilə iqtisadi və humanitar əlaqələr kəsilməli, Parlamentlərarası fəaliyyət dayandırılmalı, Prezident Makron Azərbaycanın ərazi bütövlüyünə dair bəyanatı yenilənməlidir. Həmçinin Senatın bu addımının yolverilməzliyi bəyan olunmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm