Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə ÇAĞIRIŞ EDİLDİ - BƏYANAT
Bizi izləyin

Nida Xəbər

Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə ÇAĞIRIŞ EDİLDİ - BƏYANAT

Azərbaycan parlamenti Fransa Senatının qərəzli qətnaməsi ilə bağlı bəyanat qəbul edib.

Publika.az xəbər verir ki, bəyanatı Milli Məclisin tribunasından deputat Cavanşir Feyziyyev oxuyub. Bəyanatda Fransanın beynəlxalq hüquqa və özünün də zamanında beynəlxalq hüquq prinsipi əsasında Azərbaycanla bağlı səs verdiyi ədalətli qərarlara qarşı hörmətsizlik kimi qiymətləndirilir.

Milli Məclisin qəbul etdiyi bəyanatın sonunda hökumətə üç əsas tövsiyə irəli sürülüb. Bunlardan birincisi, Fransa dövlətinin ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət edilməsidir. İkincisi, Azərbaycan-Fransa arasında siyasi münasibətlərə yenidən baxılması. Üçüncüsü, Fransa ilə mövcud iqtisadi əlaqələrə baxıb yenidən qiymətləndirilməsi tövsiyə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm