Nida Xəbər
Fransa radiosu Füzulidən reportaj hazırladı
Fransanın beynəlxalq radiosu “RFİ” Azərbaycanın Ermənistan işğalından azad edilən Füzuli rayonundan reportaj hazırlayıb.
Publika.az xəbər verir ki, reportajda 1990-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan biri olan Füzuli heç bir evin, kiçik ticarət mərkəzinin, hətta fermanın belə olmadığı diqqətə çatdırılır. Qeyd edilir ki, 30 ildir erməni işğalı altında qalan Füzuli boş səhranı xatırladır. Bildirilir ki, indi yalnız müharibə izlərinin göründüyü rayon bu il oktyabrın 17-də Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib.
Müəllif vurğulayır ki, Füzulidə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbi texnikası sovet dövrünə aiddir. Əvəzində isə Azərbaycanın son illərdə hərbi sahəyə kifayət qədər büdcə ayırıb və ordunu müasir texnika ilə təmin edib.
Eyni zamanda, qeyd olunub ki, doğma evlərinə qayıtmaq istəyi ilə yaşayan Füzuli sakinləri bu yerlərin minalardan təmizlənməsi, eləcə də burada yaşayış infrastrukturunun yaradılması üçün bir neçə il gözləməli olacaqlar.
Reportajda, həmçinin bildirilib ki, burada uzun müddət heç kim yaşamayıb və şəhər yalnız dağıntılardan ibarətdir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...