Siyasi partiyaların bir çoxunun uzun illərdir ya sədri yoxdur, ya da... - Ədalət Vəliyev
Bizi izləyin

Nida Xəbər

Siyasi partiyaların bir çoxunun uzun illərdir ya sədri yoxdur, ya da... - Ədalət Vəliyev

“Dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 8-nin sədri vəfat edib, 6-sının sədrinin səlahiyyət müddəti nizamnamə ilə tənzimlənməyib”.

Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" adlı məqaləsində öz əksini tapıb.

O bildirib ki, mövcud siyasi partiyaların bir çoxunun uzun illərdir (bəzən 20 ilə qədər müddətdən söhbət gedir) ya sədri yoxdur, ya da sədr adına iddia edən şəxslər legitim deyillər: “Nəinki sədrlər, uzun illər qurultayları keçirilmədiyindən 21 siyasi partiyanın heç bir ali orqanları seçkili və legitim sayılmırdı. 7 siyasi partiya isə qanunvericiliyin tələblərini nəzərə almadan maliyyə hesabatlarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etməyib. Beləliklə, onlarla partiyanın legitimliyi şübhə altında idi. Yalnız 16 partiyanın qurultayı nizamnaməyə uyğun keçirilmiş və yeni sədrin seçilməsi ilə əlaqədar müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmişdi”.

“Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən fəaliyyətlərinə diqqət deyil, etinasızlıq, bəzən də dediyimiz kimi, süni maneələr hiss edən qüvvələr, faktiki olaraq, görüntü ilə, kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər təmənna müqabilində özlərini yada salmaqla kifayətləniblər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulub, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşib, yeni siyasi çətir qəbul ediblər. Belə hüquqi nizamsızlıq, real partiyaların qeydiyyatı önündə süni əngəllər olduğu halda real fəaliyyəti olmayan partiyaların işinin hüquqi çərçivədə tənzimlənməməsi hər hansı fors-major hallar üçün də ciddi problemlər mənbəyidir”, - deyə PA-nın şöbə müdiri əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm