Moldovanın XİN başçısı səfirlə Qarabağı MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Nida Xəbər

Moldovanın XİN başçısı səfirlə Qarabağı MÜZAKİRƏ ETDİ

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Aureliu Çokoy Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanov ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə rəsmilər ikitərəfli münasibətlərlə bağlı gündəlikdə duran məsələləri və Qarabağ bölgəsindəki son vəziyyətə dair fikir mübadiləsi aparıb.

Həmsöhbətlər Kişineu və Bakının diplomatik qurumlarının rəhbərləri arasında son telefon danışığı zamanı əldə olunan razılaşmaya əsasən iki ölkənin Xarici İşlər Nazirlikləri arasında dialoqa və ticarət-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə dair gələcəkdə ikitərəfli siyasi münasibətlərin dərinləşdirilməsi potensialını müzakirə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm