Bayramovla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Bizi izləyin

Nida Xəbər

Bayramovla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli Bəyanatın reallaşdırılmasını müzakirə ediblər.

"Tərəflər bu ilin 9 noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Bəyanatının icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri ayrıca müzakirə ediblər", - xəbərdə deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm