Gəncədəki erməni vəhşiliyi İtaliya parlamentində müzakirəyə çıxarılacaq - FOTO
Bizi izləyin

Nida Xəbər

Gəncədəki erməni vəhşiliyi İtaliya parlamentində müzakirəyə çıxarılacaq - FOTO

Gəncə və digər bölgələrdə yaşanan faicələr İtaliya parlementində müzakirə olunacaq, erməni vəşiliyi bu ölkənin parlamentində müzakirəyə çıxarılacaq.

Publika.az xəbər verir ki, bu fikirlər İtaliya Palamenti Deputatlar Palatasının nümayəndə heyətinin nümayəndələrinin Gəncə şəhərinə səfərində səsləndirilib.

Səfər çərçivəsində italiyalı parlamentarilər Gəncə şəhərində raket düşən ərazilərə baxıb. Burada dağıntıları öz gözləri ilə görüb və şəhid olan günahsız insanların yaxınları ilə görüşüb.

Bildirilib ki, İtaliya Azərbaycanın dostu olaraq hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın əfrazi bütövlüyünü tanıyıb və bu istiqamətdə rəsmi Bakıya öz siyasi dəstəyini verib.

Günahsız insanların öldürülməsninə münasibət bildirən italiyalı parlamentarilər mülkü şəxslərin qətlə yetirilməsi faktlarının müharibə cinayəti olmasını və gördükləini İtaliya parlamentində diqqətə çatdırılacağını bildirib.

Nümayəndə heyətinə İtaliyada müxtəlif siyasi partiyaları təmsil edən deputatlar daxildir. Onlar Gəncədən sonra raket düşən digər ərazilrə, həmçinin işğaldan azad olunan Ağdam rayonuna səfər edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm