Nida Xəbər
İtaliyanın dövlət katibi Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşdü - FOTO
İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını özünün “Facebook” səhifəsində paylaşıb.
Publika.az xəbər verir ki, dövlət katibi vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. O, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.
Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.
Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı