Qazaxıstan səfiri xalqımızı təbrik etdi
Bizi izləyin

Nida Xəbər

Qazaxıstan səfiri xalqımızı təbrik etdi

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov Azərbaycan xalqını təbrik edib.

Publika.az təbrikin mətnini təqdim edir:

"Mən bütün Azərbaycan xalqının bu sevincli günü, Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər münasibətilə qardaş qazax xalqı adından təbrik edirəm, xalqımın səmimi arzularını sizə çatdırıram. Azərbaycan tarixi ədaləti və çoxdan gözlədiyimiz ərazi bütövlüyünü bərpa etdi. Biz hamımız bu şərəfli və parlaq uğurun şahidi olduq. Hamımız başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan qələbənin şahidi olduq. Onun taktiki gedişləri, effektiv strategiyası, dəmir iradəsi və xalqın yenilməz qüruru ilə bu qələbə qazanıldı. Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa, BMT-nin Təhlükəsizlik Şurasının çıxardığı qətnamələrə uyğun olaraq təmin etdi. Mən bu Zəfər günündə Vətən müharibəsində canlarını qurban verən şəhidlərin ailələrinə başsağlığı verir, döyüşlərdə yaralananlara isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm