• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Əliyevlə Ərdoğan ŞUŞAYA SƏFƏR EDƏCƏK - Prezident AÇIQLADI

Əliyevlə Ərdoğan ŞUŞAYA SƏFƏR EDƏCƏK - Prezident AÇIQLADI

“Biz danışdıq ki, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu hazırlanandan sonra bərabər Şuşa şəhərinə gedəcəyik”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.

“Bir daha qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək, həmrəylik gördük. Təkcə siyasətçilər yox, Prezident başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda ictimai fəallar, mətbuat mənsubları – onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırlar. Məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza salamımı çatdırır, dərin təşəkkürümü bildirirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”, - o qeyd edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR