Nida Xəbər
Ərdoğandan MÜJDƏ: 1 il keçmədən Qarabağda...
Qarabağ Zəfəri Qafqaz tarixində yeni səhifə açıb.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Azərbaycan səfərindən ölkəsinə geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan bölgə tarixinin yeni istiqamətdə formalaşacağına inamını dilə gətirib.
“Qarabağ Zəfəri Türkiyə-Azərbaycan münasibətlərinin tarixində dönüş nöqtəsidir. “Bir millət – iki dövlət” prinsipi Azərbaycanla həmrəyliyimizin əsas fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azadlığına qovuşması ilə taclandı. Qarabağ Zəfərini gətirən 44 günlük mübarizə boyunca anbaan Azərbaycanın yanında olduq. Mən daim şəxsən izlədim. Başda Xarici işlər nazirim olmaqla, Milli müdafiə, Milli Kəşfiyyat nazirlərim əlaqələri daim diri saxladılar. Bununla bərabər, digər komandalarımızın oraya gediş-gəlişləri ilə prosesi yaxından müşahidə etdik. İlham Əliyev qardaşımla daim telefon diplomatiyamızı saxladıq. Dostlarımız da daim meydanda və masada kəskin mübarizə apardı. Bu 44 günün pərdəarxası, əminəm ki, yazılacaq. Zaman bu işin çox ciddi şahidi olacaq”.
Ərdoğan qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər: “Üzərində işlədiyimiz altılıplatforma hər kəs üçün “qazanc-qazanc” imkanı təmin edəcək təşəbbüsdür. Ermənistan da bu prosesə qatıla və faydalı addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, burada Ermənistanın qazancı ciddi anlamda artacaq. Bundan ən çox da Ermənistan qazanacaq”.
Türkiyə prezidenti Azərbaycana səfəri çərçivəsində 5 razılaşma imzalandığını bildirib: “Münasibətlərimizi bundan sonra da hər sahədə inkişaf etdirməyə davam edəcəyik. “BMC AZ şirkəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında Razılaşma Protokolu”, “BMC Avtomobil Sənayesi və Ticarət Anonim Şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyi Arasında Razılaşma Protokolu”, “Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə Türkiyə Respublikası Sərmayə Ofisi Arasında Anlaşma Memorandumu”, “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası Arasında Media Sahəsində Strateji Əməkdaşlığa Dair Anlaşma Memorandumu” imzaladıq. Əlavə olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 25 Fevral 2020-ci il tarixində Bakıda imzalanan Qarşılıqlı Vizadan Azad edilməyə dair Sazişə gətirilən Dəyişikliklərə dair Protokol” da imzalandı. Yəni artıq pasportla deyil, şəxsiyyət vəsiqəsi ilə də gediş-gəliş olacaq. Şimali Kipr ilə olan gediş-gəliş prosesi kimi”.
“Bu razılaşmalardan əlavə, xüsusilə, qarşılıqlı sərmayələrin artırılması xüsusunda, ticarət və turizm sahələrində işlərimizi çoxaldacağıq. Qarabağın yenidən inşasında Türkiyə olaraq əhəmiyyətli rol oynayacağıq. Həm alt, həm də üst infrastrukturda addımlar atacağıq. İnşallah, 1 il keçmədən Qarabağ bölgəsinin yenidən formalaşmasını təmin edəcək addımların atılması istiqamətində İlham Əliyevlə qərarlaşmışıq”, - Ərdoğan vurğulayıb.
Zümrüd
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər