Əfqanıstan Prezidentinin müşaviri Bakıya gəlir
Bizi izləyin

Nida Xəbər

Əfqanıstan Prezidentinin müşaviri Bakıya gəlir

Əfqanıstan İslam Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Məhəmməd Şakir Karqarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr tarixində Bakı şəhərində səfərdə olacaq.

Publika.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Səfərdə məqsəd Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırkı səviyyəsi barədə müzakirələr aparmaq, təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır", - məlumatda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm