Bu, Qarabağ məsələsinin həlli üçün vacibdir - Deputat
Bizi izləyin

Nida Xəbər

Bu, Qarabağ məsələsinin həlli üçün vacibdir - Deputat

Qərbi Azərbaycandan 100 minlərlə insanın 1948-1953-cü illərdə kütləvi deportasiya aktına hüquqi-siyasi qiymət verilməlidir. Bu, Qarabağ məsələsinin həlli üçün də vacibdir.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əziz Ələkbərli parlamentdə çıxışı zamanı deyib.

O əlavə edib ki, ümummili lider Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb: “Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə işlər görülməsini nəzərdə tutub”.

Millət vəkili qeyd edib ki, bu istiqamətdə ciddi işlərin aparılması Ermənistanda olan revanşist qüvvələrə ciddi cavab olardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm