Azərbaycan bu ölkədə səfirlik açır
Bizi izləyin

Nida Xəbər

Azərbaycan bu ölkədə səfirlik açır

Azərbaycan daha bir ölkədə səfirlik təsis edir.

Publika.az xəbər verir ki, bununla bağlı məsələ bu gün Milli Məclisin iclasında müzakirə edilib.

Deputatlar “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini müakirə edib.

Qeyd edilib ki, Əfqanıstan daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, iki ölkə arasında sıx münasibətlər var və səfirliyin açılması bu əlaqələrin daha da inkişafına səbəb olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm