Beynəlxalq Türk Akademiyası Prezidentin qərarını alqışladı
Bizi izləyin

Nida Xəbər

Beynəlxalq Türk Akademiyası Prezidentin qərarını alqışladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əhamiyyəti hadisə kimi bütün Türk dünyasında xüsusi rəğbətlə qarşılandı.

Publika.az xəbər verir ki, bur barıdı Beynəlxalq Türk Akademiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Beynəlxalq Türk Akademiyası olaraq cənab Prezidentin qərarını təqdir edir, dahi şair və mütəfəkkirin 880 illik yubileyini təşkilatın 2021-ci il üçün fəaliyyət planına daxil etməklə bu qərara dəstəyimizi bildiririk:

"Nizami Gəncəvi insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilmişdir. Onun yaradıcılığının tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır.

Akademiya “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından 2018-ci ildə nəşr etdiyi “Azərbaycan ədəbiyyatı antologiyasını” da məhz dahi şairin əsərləri ilə başlamışdır. Ötən ilin dekabr ayının 30-da isə Azərbaycanda fəaliyyət göstərən, Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri daha geniş miqyasda dünyaya təbliğ etməklə məşğul olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu çərçivədə 2021-ci il ərzində beynəlxalq arenada birgə tədbirlərin təşkili planlaşdırılıb.

Hesab edirik ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm