• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Qazaxıstandakı seçkilərin ilkin nəticələri sabah açıqlanacaq - Arzu Nağıyev

Qazaxıstandakı seçkilərin ilkin nəticələri sabah açıqlanacaq - Arzu Nağıyev

"Bu gün saat 06:40-dan başlayaraq Qazaxıstanda keçirilən parlament seçkiləri üzrə bütün müşahidəçilər və nümayəndələr seçki məntəqələrinə getməyə başlayıb".

Bu barədə Publika.az-a açıqlamasında Qazaxıstanda keçirilən parlament seçkiləri prosesini izləyən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, saat 07:00-dan etibarən məntəqələrdə seçki prosesi başlayıb: "5 seçki məntəqəsində oldum, məntəqədəki müşahidəçilərlə görüşlər keçiririk, seçicilərlə danışıqlar aparırıq. Seçki prosesi pandemiya rejiminin tələblərinə uyğun formada aparılır. Məntəqəyə daxil olan seçicinin ilk növbədə temperaturu yoxlanılır. Şübhəli olmayanlar seçkiyə buraxılır".

A.Nağıyev qeyd edib ki, seçki prosesinin necə keçməsilə bağlı brifinq olub, orada seçki prosesinin necə keçməsilə bağlı fikirlərini bölüşüb: "Seçki təşkilatçılığı yüksək səviyyədədir. Baxmayaraq ki, hava soyuqdur, seçki fəallığı yüksəkdir. Seçki ilə bağlı bütün faizlər sabah keçiriləcək mətbuat konfransında açıqlanacaq".

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR