Karlo Marino “Xüsusi Xidmətlərə gərə” ordeni ilə təltif edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Karlo Marino “Xüsusi Xidmətlərə gərə” ordeni ilə təltif edildi - FOTO

Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Karlo Marinonu, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının "Xüsusi Xidmətlərə görə" ordeni ilə təltif edib.

Bu barədə Publika.az-a Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 12 yanvar 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, İtaliya vətəndaşı, beynəlxalq səviyyədə tatnınmış jurnalist, İtaliya və Avropa elm və ictimai xadimi, Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin üzvü Karlo Marinonu İnsanlığa xidmətlərinə görə “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif olunması barədə əmr imzalayıb.

Karlo Marino, Azərbaycanın Ermənistan işğalçılarına qarşı apardığı 44 günlük Vətən müharibəsində haqlı və ədalətli mövqeyinin dəstəklənməsində mətlik göstərmiş, Azərbaycana qarşı aparılan informasiya hucumlarının və müxtəlif ideloji təxribatların fonunda qətiyyət nümayiş etdirərək Avropa və dünya KİV-də, ictimai rəyində əsl həqiqətlərin açıqlanmasına, yayımlanmasına səbəbkar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm