SON DƏQİQƏ: Ərdoğanla Putin arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: Ərdoğanla Putin arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, liderlər zərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüş barədə söhbət edib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçıları Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi barədə fikir mübadiləsi aparıb.

Açıqlamaya əsasən, üçtərəfli görüşün ən əhəmiyyətli nəticələrindən biri həm Azərbaycan, həm də Ermənistanın münasibətlərin normallaşmasında qətiyyətli olduqlarını göstərməsi və Qarabağda sülh içində həyatın təmin olunması adına iqtisadiyyat və nəqliyyat qarşısındakı əngəlləri aradan götürmək olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm