Nida Xəbər
Kolumbiya mətbuatı 20 Yanvar faciəsindən yazdı
Kolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun 20 Yanvar faciəsinə həsr edilmiş “Qara yanvar” sərlövhəli yazısı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən Publika.az-a bildirilib ki, yazıda Ermənistanın ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və Azərbaycanın müstəqilliyini tələb edən Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.
Müəllif Human Rights Watch təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanlılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.
Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...