Nida Xəbər
Rusiyadan Azərbaycana əlavə pirotexnik qrupu və texnikə gətirildi - FOTO
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
Bu barədə Publika.az-a Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL