Gürcüstan Prezienti NATO-nun Baş katibi ilə görüşdü - QAFQAZLA BAĞLI ÇAĞIRIŞ
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan Prezienti NATO-nun Baş katibi ilə görüşdü - QAFQAZLA BAĞLI ÇAĞIRIŞ

“Pandemiya böhranı və bölgəmizdə münaqişəyə baxmayaraq, Gürcüstan sabitliyini qoruyub saxlayır”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.

Gürcüstan və bölgə qarşısında duran problemlərə toxunan dövlət başçısı bildirib ki, pandemiya, kibertəhlükəsizlik, destabilizasiya kimi məsələlərin həlli birgə güc və səylərin konsolidasiyasını tələb edir.

S.Zurabişvilinin sözlərinə görə, bölgədə güc balansının yeni konfiqurasiyası yaranıb: “Bu onu göstərir ki, Qara dəniz və ümumilikdə Qafqaz təhlükəsizlik baxımından indi əvvəlkindən daha əhəmiyyətli bölgələrə çevrilir. NATO bu bölgələrə daha çox diqqət ayırmalıdır”.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm