Quldurların öldürdüyü azərbaycanlının nəşi VƏTƏNƏ GƏTİRİLƏCƏK
Bizi izləyin

Nida Xəbər

Quldurların öldürdüyü azərbaycanlının nəşi VƏTƏNƏ GƏTİRİLƏCƏK

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm