Türkiyə və Rusiyanın səyi nəticəsində regionda sülhə nail olunub - Zakir Həsənov
Bizi izləyin

Nida Xəbər

Türkiyə və Rusiyanın səyi nəticəsində regionda sülhə nail olunub - Zakir Həsənov

“Otuz ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”.

Bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub: “Türkiyə və Rusiya arasında ötən ilin noyabrın 11-də imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında memorandum xüsusi əhəmiyyət kəsb edir”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm