Siyavuş Novruzov: “Ermənilər Azərbaycan diplomatlarına qarşı təxribatlar hazırlayır”
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: “Ermənilər Azərbaycan diplomatlarına qarşı təxribatlar hazırlayır”

Qələbədən sonra mühaibənin ikinci mərhələsi başlayıb. Faktiki olaraq erməni təxribatı işə düşüb. Biz həssas və diqqətli olmalıyıq, hər bir məsələyə dəqiq reaksiya verməliyik ki, çaşqınlıq olmasın.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı erməni təxribatları başlayıb: “Səfirlərin, diplomatların qorxudulması halları var. Vaxtə ilə erməni terrorçuları ASALA və digər terror təşkilatları Türkiyəyə qarşı belə aksiyalar keçirib. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Və belə məlumatlar əldə edildikcə həmin ölkələrə məktublar göndərməliyik”.

Siyavuş Novruzov təbliğat məsələsinə toxunaraq qeyd edib ki, bəziləri bilərəkdən təxribatla məşğul olur: “Belə xəbərlər yayıblar ki, Türkiyənin bura gəlməsi siyasi məsələdir. Bu, texniki məsələdir, burada birgə fəaliyyət var, Qarabağda prosesə nəzarət həyata keçirilir. Bəzi terminləri ortaya atır, bir çox məsələləri ayrı-ayrı media qurumlarında, internet televiziyalarında şişirdib cəmiyyətə təqdim edirlər. Bunlar yerverilməzdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm