Əhməd Cavadın nəticəsi Türkiyədə mükafatlandırıldı - FOTO
Bizi izləyin

Nida Xəbər

Əhməd Cavadın nəticəsi Türkiyədə mükafatlandırıldı - FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Triatlon Federasiyasının (ATF) baş katibi Cavad Axundzadə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı göstərdiyi xidmətlərə görə, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Publika.az xəbər verir ki, “Təşəkkürnamə” federasiyanın başqan müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsalın adından göndərilib.

Sərdar Ünsal Cavad Axundzadənin babasının adına layiq övlad olduğunu bildirib.

“Cavad Axundzadə Türk dünyasına bağlı insandır. Onun bütün fəaliyyəti və düşüncələri buna xidmət edir. Babası Əhməd Cavadın yolunu sevərək davam etdirir”.

Qeyd edək ki, Cavad Axunzadə Türkiyə və Azərbaycan mətbuatında 10 dekabr Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etməklə gündəmə gəlmişdir. Beləki Türkiyə Prezidenti çıxışında Əhməd Cavadın adını çəkərək onu yadda etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm