Bu sənəd beynəlxalq standartların öyrənilməsinə xidmət edəcək - Zahid Oruc
Bizi izləyin

Nida Xəbər

Bu sənəd beynəlxalq standartların öyrənilməsinə xidmət edəcək - Zahid Oruc

Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Publika.az xəbər verir ki, sənəd haqqında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.

Komitə sədri deyib ki, iki ölkə arasında media sahəsində strateji əməkdaşlığı nəzərdə tutan memorandum 10 dekabr 2020-ci ildə Bakı şəhərində imzalanıb.

Onun sözlərinə görə, sənəd iki ölkənin media sahəsində əlaqələrini inkişaf etdirməyə xidmət edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dövründə Azərbaycan və Türkiyə arasında istisadi, siyasi və hərbi sahədə əməkdaşlıq inkişaf etdirilib. İndiki saziş də bu istiqamətdə yeni addımdır. Bu sənəd milli informasiya məkanını qorumaqla yanaşı, beynəlxalq standartların öyrənilməsinə xidmət edəcək” .

Zahid Oruc əlavə edib ki, sənəd iki ölkə mediasının dezinformasiyaya qarşı birgə mübarizəsi üçün yaxşı platformadır: “Çünki bu iki ölkəyə qarşı aparılan dezinformasiya eyni mahiyyət daşıyır.

Komitə sədri söyləyib ki, memorandum iki ölkə arasında bağlansa da, digər ölkələr üçün də açıqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm