Şeyxə “Nobel” mükafatının verilməməsinin ŞOK SİRRİ: Bakıdan zənglər və... - DETALLAR ÜZƏ ÇIXDI
Bizi izləyin

Nida Xəbər

Şeyxə “Nobel” mükafatının verilməməsinin ŞOK SİRRİ: Bakıdan zənglər və... - DETALLAR ÜZƏ ÇIXDI

Ötən il bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizədliyi irəli sürülmüşdü. Amma sonra bir xəbər çıxmamışdı. Onun daha əvvəllər də bu ali mükafata namizədliyinin irəli sürülməsi ilə bağlı mediada ara-sıra xəbərlər dolaşırdı. Fəqət, bəzi prosedur qaydalarına düzgün riayət olmadığı üçün texniki səbəblərə görə sənədlər qeydiyyatdan keçə bilmirdi.

Bəs keçən il nə baş verdi? Şeyx həzrətlərinin keçənilki təqdimatının aqibətini onun namizədliyini irəli sürən adamdan öyrənmək qərarına gəldik.

Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, tarix elmləri doktoru Bəybala Ələsgərov Publika.az-a açıqlamasında söylədi ki, keçənilki təqdimat bəzi müdaxilələrə görə alınmayıb:

“Şeyx həzrətləri barəsində bəzi axmaq adamlar Nobel Komitəsinə zəng ediblər, onu pisləyiblər. Həmin zənglər Azərbaycandan edilib. Bu zənglər şəxsi düşmənçilik zəmnində olub. O cür adamlar Şeyx həzrətlərini sevmirlər, istəmirlər. Mən yenə də orada Şeyxi müdafiə etdim. Bəşəri xidmətlərini sadaladım”.

Əvvəlki illərdə təqdimatın müsbət sonluqla həllini tapmamasının izahını tarix elmləri doktoru bu cür verib: “Əvvəlki illərdə texniki problemlər olub. Ona görə də sənədlərin qeydiyyatdan keçməsində problemlər yaranıb”.

Bəybala Ələsgərov 2021-ci ildə də Allahşükür Paşazadənin namizədliyinin irəli sürülmə məsələsinin gündəmdə olduğunu vurğuladı:

“2021-ci ildə də təqdimat məsələsi gündəmdədir. Şeyx Allahşükür Paşazadənin Nobel mükafatına namizədliyi yenidən irəli sürülüb. Bu dəfə tibb və sülh üzrə xidmətləri önə çəkilib. Tibb və sülh üzrə Nobel mükafatına təqdim olunması üçün sənədlər Azərbaycanda hazırlanıb. Artıq müvafiq sənədlər də göndərilib. Hətta mənə zəng edib dedilər ki, sənədlər qeydiyyatdan da keçib”.

Bəs təqdimatda şeyxin tibb və sülh sahəsindəki hansı xidmətləri daha çox qabardılıb?

Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti sualmıza bu cür cavab verib: “Bilirsiniz ki, Aşura günü zəncir vurmağın əvəzinə bütün Qafqazın Şeyxi insanları qan verməyə, dində də xoş qarşılanan xeyirxah işlər görməyə səsləmişdi. Onun bu çağırışından sonra hər il Azərbaycanda zəncir vurmaq əvəzinə qanvermə aksiyaları təşkil olunur”.

Bəybala müəllim Hacı Allahşükür Paşazadənin vaxtilə Rusiya-Çeçenistan müharibəsindəki xidmətlərindən də bəhs edib. O söyləyib ki, bütün Qafqazın Şeyxinin bu münaqişənin sülh yolu ilə həllində xidmətləri əvəzsizdir:

“İlk növbədə Şeyx Çeçenistanın milli qəhrəmanıdır. Çeçenistanın Rusiya ilə müharibəsini saxlanılmasında onun böyük əməyi olub. Putinlə danışdıqdan sonra münaqişə sülh yolu ilə həllini tapdı. Bu dünyada böyük bir işdir. İkincisi də şaxsey-vaxsey deyənləri qanvermə aksiyalarına dəvət elədi. Şeyx həzrətləri dedi ki, şaxsey-vaxseydənsə, ehtiyacı olan insanlara qan vermək lazımdır. Onun bu kimi xidmətləri çoxdur, amma yəqin ki, əsas xidmətləri nəzərə alınar”.

Qeyd edək ki, əvvəlki illərdə bədnam qonşularımız ermənilər də Allahşükür Paşazadənin “Nobel” almaması üçün dəridən-qabıqdan çıxdılar. Əngəllər törətməyə çalışırdılar.

Ümid edirik ki, “Nobel” mükafatçıları arasında Azərbaycandan da kiminsə adını görərik.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm