Bakı ilə Tiflis arasında müdafiə sahəsində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ
Bizi izləyin

Nida Xəbər

Bakı ilə Tiflis arasında müdafiə sahəsində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə tanışlıq xarakterli görüş keçirib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər iki ölkə arasında dost və strateji tərəfdaşlıq münasibətlərini vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasıda əməkdaşlığın pozitiv dinamikası müzakirə olunub. Söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq və hərbi təhsil sahələrində əldə olunan razılaşmalara da toxunulub.

Görüşün sonunda Müdafiə naziri İrakli Qaribaşvili, azərbaycanlı həmkarının Tiflisə səfər edəcəyinə ümidvarlıq ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm