Ermənistan daha bir kəndi Azərbaycana TƏHVİL VERİR: hərbçilər mövqeləri TƏRK EDİR - VİDEO
Bizi izləyin

Nida Xəbər

Ermənistan daha bir kəndi Azərbaycana TƏHVİL VERİR: hərbçilər mövqeləri TƏRK EDİR - VİDEO

Gorusun Xinzirək (Nerkin Xndzoresk) kəndindəki erməni hərbi birləşmələri mövqelərini tərk edir.

Publika.az xəbər verir ki, bu barədə “Devavyu” erməni teleqram kanalı yerli mənbələrə istinadən məlumat yayıb.

“Dünəndən etibarən, erməni hərbçiləri kəndin yaxınlığındakı mövqelərini azərbaycanlılara verir və geri qayıdırlar”, - mənbə bildirir.

***

Video əlavə olunub.

xxx

Azərbaycan əsgəri Gorus rayonunun Xinzirək kəndindədir (Nerkin Xndzoresk).

Publika.az
erməni KİV-lərinə istinadən xəbər verir ki, kənd Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası prosesinə daxil edilib.

Kəndin bələdiyyə sədri Ervand Malunts “Facebook” hesabında bu məlumatı təkzib edib.

Lakin daha sonra o, belə deməyə məcbur olduğunu etiraf edib.

“İnformasiyanı təkzib edə bilmirəm, reallıq budur, lakin məndən tələb olundu ki, təkzib məlumatı yayım. Demarkasiya işləri kəndin yanında aparılır”, - erməni jurnalistlərin zənginə cavab verən icma rəhbəri belə deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm