Nida Xəbər
İspaniya televiziyasında Azərbaycanla bağlı veriliş yayımlanıb - VİDEO
İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın Castilla Llon əyalətinin Burgos şəhərində La 8 Burgos televiziyasının Ocho Magazine verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, bu barədə Fərid Mustafayev özü məlumat verib.
Verlişdə Azərbaycan haqqında ətraflı söhbət açılıb: “Azərbaycanın nə qədər zəngin və qədim tarixə malik olmasından danışdıq. Həmçinin Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən və işğaldan azad olunmuş torpaqlarda Cənab Prezident İlham Əliyevin göstərişi ilə aparılan işlərdən danışdım. Qeyd etdim ki, bu ərazilərdə yaşayış məskənləri, həmçinin binalar, təhsil və səhiyyə ocaqları, tarixi abidələr və digər infrastrukturlar ermənilər tərəfindən son 30 il ərzində tam dağıdılıb və oğurlanıb”
F.Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad olunmuş regionları tam bərpa edəcək: “Bu ərazilərdə görülən işlər ən son standartlara cavab verəcək. Həmçinin qeyd etdim ki, Azərbaycan sürətlə inkşaf edən ölkələrdən biridir.
İspan şirkətləri və investorların Azərbaycana yatırım eləməsi istiqamətində çalışırıq. Hazırda bir neçə şirkət və investorlarla danışıqlar gedir. ümüd edirik ki, bu uğurlu layihəyə qısa zamanda start veriləcək. Hal hazırda biz ACAE olaraq böyük investorların Azərbaycana yönəldilməsi üzərində ciddi işləyirik və qısa zamanda uğurlarımızı sizinlə bölüşəcəyik. Şübhəsiz ki, bu investorları Azərbaycana yönəltmək üçün ölkəmizin müvafiq qurumları ilə məsləhətləşərək, onların dəstək və koordinasiyasına ehtiyacımız olacaq”.
F.Mustafayev əlavə edib ki, ümumiyyətlə canlı yayımlanan verliş çox uğurlu keçdi: “Növbəti verilişdə biz, Madrid şəhərində İspaniyanın rəsmi dövlət kanallarından birinin qonağı olacağıq. Burada da mövzü investorların Azərbaycana yönəldilməsi olacaq”.
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."