Ermənilər Azərbaycan xalqına aid nə var idisə, dağıdıblar - Hikmət Hacıyev
Bizi izləyin

Nida Xəbər

Ermənilər Azərbaycan xalqına aid nə var idisə, dağıdıblar - Hikmət Hacıyev

Cəbrayıl və Zəngilana səfərin təşkilində məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliyi, vandalizmi diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin şəxsən görmələri üçün şərait yaratmaqdır.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan özünü sivil dövlət adlandırır və sivil siyasət yürütdüyünü söyləyirdi: “Bu dağıntılar isə Ermənistanın əsl mahiyyətini göstərir. Bu işğal siyasəti müstəmləkəçilik siyasəti ilə müqayisə olunacaq bir vəhşilikdir. Hər yer tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə, dağıdılıb. Bizimlə bu səfərdə müharibə müxbiri və fotoqrafı kimi dünyanın müxtəlif bölgələrində çalışmış mütəxəssislər də iştirak edirlər. Hətta dünyanın hər hansı başqa münaqişə zonasında qəbiristanlıqların dağıdılması hallarına çox nadir rast gəlinir. Görün bu, vandalizmin hansı dərəcisidir ki, qəbirlər, qəbir daşları, hətta qəbirin içindəki sümüklər belə dağıdılıb. Biz Cəbrayılda bunun bir daha şahidi olduq”.

Hikmət Hacıyev onu da qeyd edib ki, Prezident İlham Əliyev Xudafərin körpüsünə səfəri zamanı Azərbaycan-İran dövlət sərhəddini dostluq sərhəddi adlandırıb:

"Biz buradan Zəngilana səfər edəcəyik. Bütövlükdə məqsədimiz səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin işğal zamanı Ermənistan tərəfindən törədilən vəhşilikləri gözləri ilə görmələri üçün fürsət yaratmaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm