Nida Xəbər
FHN əməkdaşları minatəmizləmə üzrə kursu bitirdilər - FOTO/VİDEO
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx ikitərəfli münasibətlər, o cümlədən həyata keçirilən aidiyyəti humanitar tədbirlər çərçivəsində Azərbaycan FHN-in Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə kursu müvəffəqiyyətlə başa vurublar.
FHN-dən Publika.az-a bildirilib ki, kursda Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Kursun təşkilində məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsidir.
Kursu müvəffəqiyyətlə başa vurmuş FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib. FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər məsul şəxslər sertifikatları istehkamçı-mütəxəssislərə təqdim ediblər.
Qeyd edək ki, növbəti belə bir kursun yaxın vaxtlarda təşkil olunması nəzərdə tutulur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!