Hulusi Akar: "Şanlı zəfər Türkiyə üçün qürurvericidir"
Bizi izləyin

Nida Xəbər

Hulusi Akar: "Şanlı zəfər Türkiyə üçün qürurvericidir"

"Türkiyənin və Azərbaycanın Silahlı qüvvələri müasir avadanlıq və peşəkar şəxsi heyətlərinin iştirakı ilə qışda, yayda, eləcə də çətin dağ şəraitində quruda, dənizdə, havada hər cür tapşırıqları yerinə yetirməyə qadir olduqlarını nümayiş etdiriblər. İki qardaş ölkə arasında hərbi sahəni əhatə edən əməkdaşlıq çoxistiqamətli və davamlıdır".

Publika.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar qardaş ölkənin Qars vilayətində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində fevralın 11-də “Ali müşahidəçi günü”ndə çıxış edərkən deyib.

O bildirib ki, "Qış təlimi-2021” birgə təlimlərinin texniki göstəriciləri olduqca yüksəkdir:

"Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq tarixi əhəmiyyət daşıyır. Minsk qrupunun otuz ildə aradan qaldıra bilmədiyi işğala Azərbaycan Silahlı Qüvvələrinin 44 gündə son qoydu. Əldə olunan şanlı zəfər Türkiyə üçün qürurvericidir".

Türkiyənin terrorizmə qarşı qətiyyətlə mübarizə apardığını, dövlət sərhədi boyunca təhlükəsizlik tədbirlərini bundan sonra da uğurla davam etdirəcəyini vurğulayan Hulusi Akar çıxışında gündəmdə olan digər məsələlərə də münasibət bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm