Seyid Camal Əzimbəyli mükafatlandırıldı - FOTO
Bizi izləyin

Nida Xəbər

Seyid Camal Əzimbəyli mükafatlandırıldı - FOTO

Mənəvi Dəyərlərin Təbliği Fondu Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, "İnam" verilişinin ideya müəllifi və aparıcısı Seyid Camal Əzimbəylini mükafatlandırıb.

Publika.az xəbər verir ki, Fond Seyid Camal Əzimbəylini "Mənəvi dəyərlərin təbliği" işindəki mühüm fəaliyyətinə görə qiymətləndirib.

C.Əzimbəyli uzun illərdir ki, milli-mənəvi, dini dəyərlərimizin təbliği, habelə xeyriyyə işləri ilə məşğul olur. O, hər zaman şəhid, qazi və aztəminatlı ailələrin yanında olaraq, onların problemlərinin həlli istiqamətində müxtəlif işlər görür. C.Əzimbəylinin müəllifi və aparıcısı olduğu "İnam" verilişinin, mənəvi dəyərlərimizin təbliği və ölkəmizin dini mühitinin sağlamlaşdırılmasındakı rolu isə əvəzsizdir.

Xatırladaq ki, fevralın 10-da Seyd Camal Əzimbəyli 50 illik yubileyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm