Sahibə Qafarova Şəntopa başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

Sahibə Qafarova Şəntopa başsağlığı verdi

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb.

Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Milli Məclisin sədri İraqın Qara bölgəsində 13 nəfər mülki Türkiyə vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından başsağlığı ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm