Nida Xəbər
Azərbaycanlı gəncə BMT-də YÜKSƏK VƏZİFƏ verildi
BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri vəzifəsində çalışan Vüqar Allahverdiyev BMT-nin Terrorla Mübarizə Agentliyində Proqram Meneceri vəzifəsinə təyin edilib.
O, BMT-nin Azərbaycandakı nümayəndəliyində, eləcə də Nyu-York şəhərindəki baş qərargahında müxtəlif məsul vəzifələrdə çalışıb.
Peşə fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayan Vüqar Allahverdiyev 2014-cü ildən bu günədək BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri və BMT-nin Əhali Fondunda müxtəlif vəzifələrdə çalışıb.
Həmvətənimiz BMT-nin Terrorla Mübarizə Agentliyinə təyinat almış ilk Azərbaycan vətəndaşı olaraq qurumdakı vəzifəsi çərçivəsində terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edəcək.
Proqramın məqsədi hava və su nəqliyyatı vasitəsilə terrorçuların marşrut istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin bu cür səyahətlərin qarşısının alınması üzrə BMT-yə üzv ölkələrdə İKT əsaslı infrastrukturun yaradılması və bu sahə üzrə beynəlxalq əməkdaşlığın təminatıdır. Proqramın növbəti 3 il müddətində BMT-yə üzv olan 50-dən artıq ölkədə tətbiq edilməsi nəzərdə tutulur.
BMT-nin Terrorla Mübarizə Agentliyi qlobal səviyyədə terrorizm və ekstrimizmə qarşı mübarizə sahəsində ölkələrin potensialının gücləndirilməsi və bu istiqamət üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsini təmin edir. (report)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü