Xəstəxanaya yerləşdirilən nazir müavinindən YENİ XƏBƏR - FOTO
Bizi izləyin

Nida Xəbər

Xəstəxanaya yerləşdirilən nazir müavinindən YENİ XƏBƏR - FOTO

Xəstəxanaya yerləşdirilən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov artıq evə buraxılıb.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

S.Məmmədova bildirib ki, İ.İsmayılov işdən çıxan zaman yıxılıb və qabırğası çatlayıb. Onun sözlərinə görə, İ.İsmayılov xəstəxanaya yerləşdirilərək müayinədən keçib və lazımi tibbi yardım göstərilib.

Nazirlik rəsmisi qeyd edib ki, nazir müavini artıq evə buraxılıb: “Hazırda İsmayıl müəllim evdədir, vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir və yaxın günlərdə işə çıxacaq”.(Trend)

*****

15?02

Gənclər və İdman nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.

Nazir müavini paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

İ.İsmayılov sayta açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini davam etdirdiyini deyib.

Xatırladaq ki, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovdur.O, hazırda ABŞ-da müalicə olunur.(Unikal.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm