Azərbaycanla Türkiyə arasında 11 saziş imzalandı - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycanla Türkiyə arasında 11 saziş imzalandı - YENİLƏNDİ

Azərbaycan və Türkiyə arasında 11 saziş imzalanıb.

Sənədlər bu gün Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumu çərçivəsində imzalanıb.

Sazişlər Azərbaycan və Türkiyə arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır. (trend)

xxx

Azərbaycanın rəsmi nümayəndələri Türkiyənin Ankara şəhərində keçirilən İşgüzar Foruma qatılıblar.

Türkiyə-Azərbaycan İş Forumuna 150 özəl sektor nümayəndəsi qatılıb.

Azərbaycan tərəfindən forumda Baş nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm