• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

TBMM-də Xocalı sərgisi açılacaq - FOTO

TBMM-də Xocalı sərgisi açılacaq - FOTO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Parlamentinin sosial media hesabında məlumat yayımlanıb.

Bildirilib ki, sərgidə soyqırımı zamanı erməni silahlıları tərəfindən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini əks etdirən foto və sənədlər nümayiş etdiriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və TBMM-in ev sahibliyi ilə baş tutacaq sərgidə qardaş ölkənin parlamentinin sədri Mustafa Şentop da iştirak edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR