İrakli Qaribaşvili Azərbaycana dəvət edildi
Bizi izləyin

Nida Xəbər

İrakli Qaribaşvili Azərbaycana dəvət edildi

Azərbaycanın Baş naziri Əli Əsədovun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

Ə.Əsədov İ.Qaribaşvilini Gürcüstanın hökumət başçısı təyin olunması münasibətilə təbrik edib. O, həmkarını fəaliyyətində uğurlar arzu edib və onu Azərbaycana rəsmi səfərə dəvət edib.

Tərəflər iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq münasibətlərinin bundan sonra da əməkdaşlığın bütün sahələrində daha da möhkəmlənəcəyinə ümidvarlıq ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm