Niderlandda üzərinə "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxıldı
Bizi izləyin

Nida Xəbər

Niderlandda üzərinə "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxıldı

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildiriblər ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub.

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı zərflərdə göndərəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm