Avropa İttifaqından Ermənistanla bağlı açıqlama
Bizi izləyin

Nida Xəbər

Avropa İttifaqından Ermənistanla bağlı açıqlama

Avropa Ittifaqı Xarici Siyasət və Təhlükəsizlik xidməti Ermənistanda baş verən hadisələrlə bağlı bəyanat verib.

Bu barədə Publika.az-a Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev özünün facebook səhifəsində məlumat verib.

Bəyanatda deyilir ki, “Avropa İttifaqı Ermənistnda baş verənləri yaxından izləyir. Biz bütün tərəfləri təmkinli olmağa çağırır və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən və ritorikadan çəkinməyə çağırırıq. Siyasi fikir ayrılıqları sülh yolu ilə və parliament demokratiyası prinsiplərinə və proseslərinə müvafiq olaraq həll olunmalıdır. Ermənistan Konstitusiyasına görə, silahlı qüvvələr siyasi məsələlərdə neytral mövqe tutmalı və vətəndaş cəmiyyətinin nəzarəti altında olmalıdır. Ermənistanın üzləşdiyi problemlərin öhdəsindən gələ bilməsi üçün yeganə yol demokratik və konstitusion qaydalara riayət etməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm