Sərkisyan bu qətliamı özü etiraf etmişdi - Vatson
Bizi izləyin

Nida Xəbər

Sərkisyan bu qətliamı özü etiraf etmişdi - Vatson

29 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən Xocalı soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən pis vəhşiliyi idi. Evlərindən didərgin düşən 613 mülki şəxs həyatını itirdi.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a britaniyalı jurnalist, postsovet ölkələri üzrə mütəxəssis Neyl Vatson Xocalı soyqırımı haqda danışarkən deyib.

Onun sözlərinə görə, o zaman hərbi komandir və sonradan Ermənistanın prezidenti olan Serj Sərkisyan, ingilis jurnalist Tomas de Vaala verdiyi bir müsahibəsində mülki əhalinin Azərbaycana göz dağı vermək və torpaqları işğal edilən Azərbaycan xalqının əzmini qırmaq üçün olduğunu özü etiraf edib:

"Bu yanaşma özü-özlüyündə II Dünya müharibəsi dövründə əhalini ram etmək üçün günahsız şəhər sakinlərini şəhər meydanında asan alman nasistlərinin hərəkətlərini əks etdirirdi.

Xocalı soyqırımı inkaredilməz şəkildə etnik təmizləmə və ən yüksək dərəcəli hərbi cinayət idi. Ancaq o zaman KİV-lərdə sovet tipli mətbuat repressiyalarının qalıqları və Qərbdə keçmiş sovet respublikalarının anlaşılmaması səbəbindən mətbuatda yer alan məlumatlar az idi. Cinayətkarlar heç vaxt məsuliyyətə cəlb edilməmiş, əksinə, təriflənərək Ermənistanın ən yüksək vəzifələrinə qaldırılmışlar”.

Vatsonun fikrincə, nasist müharibə cinayətkarlarının qocalıqlarında belə Beynəlxalq Cinayət Məhkəməsinə gətirildiyini gördüyümüz kimi, bu müharibə cinayətkarları da cinayətlərinin əvəzini ödəməli və ömürlərinin qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm