ABŞ-ın Skoki şəhərində "Xocalıya ədalət" sərgisi açıldı
Bizi izləyin

Nida Xəbər

ABŞ-ın Skoki şəhərində "Xocalıya ədalət" sərgisi açıldı

"Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 il öncə ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Skoki şəhərindəki “İllinoys Holokost muzeyi”ndə (Illinois Holocaust Museum) “Xocalıya ədalət” sərgisi açılıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.

O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Sərgidə Xocalıda ermənilərin amansızcasına törətdiyi qətliamdan lentə alınan fotolar, soyqırım haqqında tarixi faktların yer aldığı məlumat lövhələri və Xocalıdan bəhs edən kitablar nümayiş olunur. Sərgi zalında qoyulmuş xüsusi monitorlarda litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından bəhs edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi göstərilib.

Skoki şəhərinin meri Corc Van Dusen sərgini ziyarət edib, ermənilərin Xocalıda günahsız insanlara qarşı törətdiyi cinayəti qınayıb. Sərgi yerli sakinlərin diqqətini cəlb edib, onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar.

Qeyd edək ki, artıq bir neçə gündür, Skoki şəhərinin küçələrində üzərində faciəyə dair faktların əks olunduğu rəqəmsal plakatlı xüsusi avtomobil hərəkət edərək şəhər sakinlərini Xocalı soyqırımı haqqında məlumatlandırmaqda davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm