Nida Xəbər
Ukrayna mediası Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı - FOTO
Ukraynanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalələri geniş dərc edib.
Publika.az xəbər verir ki, Ukraynanın “tsn.ua”, “dialog.ua”, “podrobnosti.ua”, “korrespondent.ua”, “polemika.ua” və digər xəbər portalları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
Məqalələrdə dövlətimizin başçısının Azərbaycan və Ukrayna arasında əməkdaşlıq, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın verdiyi böyük itkilər barədə açıqlamaları da öz əksini tapıb.
Bundan başqa işğaldan azad olunan ərazilərdə Azərbaycanın yeni beynəlxalq hava limanlarının tikintisinə başlaması, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dili olduğundan, bunun Qarabağ bölgəsində də tətbiq ediləcəyinə dair ölkə başçısının fikirləri də Ukrayna mətbuatında yer alıb.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO