Nida Xəbər
Ərdoğandan Azərbaycanla bağlı MÖHTƏŞƏM ADDIM - TAPŞIRIQ VERDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.
Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.
Onun sözlərinə görə, R.T.Ərdoğanın tapşırığı ilə Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək.
“Türkiyə prezidentinin tapşırığı ilə Qarabağ zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı barədə ortaq serial və film layihələrini həyata keçirəcəyik. Bu cür layihələrin həm milli, həm də qlobal səviyyədə rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”.
O əlavə edib ki, iki ölkə tarixi hadisələrlə yanaşı, ortaq dəyərləri gündəmə gətirən sərgi, simpozium və digər tədbirləri də təşkil edə bilər. (trend)
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?