Çingiz Qənizadə YAP-ın qurultayına niyə qatılmayacaq?
Bizi izləyin

Nida Xəbər

Çingiz Qənizadə YAP-ın qurultayına niyə qatılmayacaq?

Mediada yayılan xəbərlərə görə, bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olan keçmiş millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə YAP-ın rəhbər orqanlarında vəzifə veriləcək.

Mövzu ilə əlaqədar fikirlərini Publika.az-la bölüşən Çingiz Qənizadə deyib ki, o, hazırda partiyanın sıravi üzvüdür və onda bununla bağlı hər hansı məlumat yoxdur:

“Mənə hər hansı vəzifə təklifi olunmayıb. Bu, partiya rəhbərliyinin həll edə biləcəyi məsələlərdir. Ona görə də heç nə deyə bilmərəm”.

Ç.Qənizadə hakim partiyanın sabah keçiriləcək qurultayına dəvət almadığını da söyləyib: “Mən partiyaya yeni qəbul olunmuşam. Qurultayın üzvü, nümayəndəsi deyiləm. Ona görə də qurultayda iştirak etməyəcəyəm. Yəqin ki, ilk olaraq konfranslara seçilmiş şəxslər orada təmsil olunacaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm